Deməli paytaxtımızda mövcud olan yaşayış komplekslərinin əksəriyyəti hələ də MTK-lar tərəfindən idarə edilir və şəffaflıq əksəriyyətində yoxdur, həmçinin binaların vəziyyəti də yaxşı deyil.
Nəzərinizə çatdırmaq istərdim ki, binada sakinlərin 51 faizi mülkiyyətçi hüququ əldə edibsə MTK 1 ay içində ləğv olunmalıdır, hətta ləğv edilməməsinə görə cərimə də tətbiq oluna bilər:
İXM 393-1.1. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə –
vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.