
MS Office təlimi
Microsoft Office — proqram təminatının ofis paketi. O, Microsoft şirkəti tərəfindən Microsoft Windows və Apple Mac OS X əməliyyat sistemləri üçün yaradılmışdır. Bu proqram paketinə müxtəlif sənədlərlə işləmək üçün proqramlar daxildir: mətn prosessoru, elektron cədvəl, verilənlər bazası və s. Microsoft Office OLE obyektlər üçün serverdir. O, Visual Basic dilində yazılmış makroları dəstəkləyir.
Microsoft Office proqramları
- Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədləri hazırlamaq və redaktə etmək üçün istifadə olunur.
- Microsoft Office Excel — cədvəl prosessoru.
- Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, e-poçt və ünvan kitabçası.
- Microsoft Office PowerPoint — təqdimatlar hazırlamaq üçün istifadə olunur.
- Microsoft Office Access — verilənlər bazası idarəetmə sistemi. DB yaratmaq və onu idarə etmək üçün tətbiqi proqramdır.
- Microsoft Office InfoPath — məlumat toplamaq üçün istifadə olunan proqram.
- Microsoft Office Communicator — insanlar arasında məlumat mübadiləsini təmin edir.
- Microsoft Office Publisher — nəşr etmək üçün istifadə olunur.