ASRA MANAGEMENT MMC, bir neçə fəaliyyət sahəsi üzrə xidmət göstərən peşəkar bir şirkətdir.
Həmin xidmətlər aşağıda sizə təqdim olunur:
1. Yaşayış komplekslərinin idarəedilməsi:
- Müasir bina idarəetməsi sahəsində keyfiyyətli və etibarlı xidmətlər təqdim edirik. Şirkətimiz yüksək standartlara uyğun şəkildə, müştərilərimizin ehtiyaclarına tam cavab verən idarəetmə həlləri təklif edir. Hədəfimiz müştərilərimizin əmlaklarının dəyərini qoruyaraq, onların rahatlığını təmin etmək və gündəlik əməliyyatları peşəkar səviyyədə idarə etməkdir.
Bizim təcrübəli və ixtisaslı komandamız binanın təmizliyi, təhlükəsizlik, texniki dəstək,kadr və maliyyə idarəetməsi kimi müxtəlif sahələrdə xidmət göstərir. Bu xidmətlərin hər biri bina sakinlərinin və mülkiyyət sahiblərinin məmnunluğunu artırmaq və obyektin ümumi performansını yüksək səviyyədə saxlamaq məqsədilə həyata keçirilir.
2. İnsan resurslarının idarəedilməsi üzrə konsaltinq xidməti:
-Təşkilatın insan resursları ilə bağlı fəaliyyətlərini təkmilləşdirmək, əmək qanunvericiliyinə uyğunlaşdırmaq, işçi resurslarını daha səmərəli idarə etmək və İR strategiyalarını biznes məqsədləri ilə uzlaşdırmaq.
3. Mühasibatlıq xidməti:
-Müəssisənin maliyyə fəaliyyətini şəffaf, düzgün və qanunvericiliyə uyğun şəkildə aparmaqdır. Bu xidmət, biznesin maliyyə göstəricilərinin dəqiq şəkildə əks etdirilməsini, vergi öhdəliklərinin düzgün hesablanmasını və idarəedici qərarların verilməsi üçün etibarlı maliyyə məlumatlarının təmin olunmasını hədəfləyir.
4. Hüquq xidməti:
-Hüquq xidmətinə şirkətlərin reyestr işləri, fiziki və hüquqi şəxslərin qeydiyyatı, məlumat dəyişdirilməsi, patent alınması, kommunal ödəniş etməyən sakinlər barəsində icra qeydi aparılması və.s işlərinin icrası.
5.İnsan resursları şöbəsinin audit edilməsi
6.Təlimlər:
-Əmək qanunvericiliyi və kadr kargüzarlığı təlimi,
-Əmək haqqı hesablanması təlimi,
-MS office təlimi
Müştərilərimiz bizi uyğunlaşdırılmış həllərimiz, ekspert rəhbərliyimiz, müştəri mərkəzli yanaşmamız və hərtərəfli təcrübəmiz üçün seçirlər. Unikal biznes ehtiyaclarını qarşılamaq və müştəri məqsədlərini prioritetləşdirmək öhdəliyi ilə biz bir dam altında geniş çeşiddə xidmətlər təqdim edirik.