• Bakı şəh. Nərimanov ray, Ə.Rəcəbli küç.1/25 Nur Plaza 411
  • info@asra.az
  • İş saatı: 9:00 – 16:00
Thumb

Hüquqi İşlər Xidməti

İnsanların öz hüquqlarını bilməsi, ehtiyacdan əlavə bir zərurətdir.
Şirkətinizin hüquqi normalara cavab verməsi üçün buradayıq. Biz sizə biznesinizin hüquqi probləmləri varsa, onları göstərməyə, hüquqi öhdəliklərinizi yerinə yetirməyə və gələcək maliyyə qərarlarınızı planlaşdırmağa köməklik göstəririk.
Bəzən isə hüquqlarınızı bildiyiniz halda onları müdafiə etmək üçün peşəkarların dəstəyi lazım olur. Bu hal həm fiziki şəxslər üçün, həm də şirkətlər üçün keçərlidir.

FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİN QEYDİYYATDAN KEÇİRİLMƏSİ

Fiziki şəxlər hüquqi şəxs yaratmadan, yəni fərdi sahibkar kimi gəlir əldə etmək məqsədilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Belə ki, bunun üçün fiziki şəxslər ilk növbədə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmalıdırlar. Yəni öz fəaliyyətlərini həyata keçirdikləri zaman gəlir vergisini hesablamalı, onu bəyan etməli və ödəməlidirlər. Biz ” ASRA MANAGEMENT ” MMC olaraq fiziki şəxslərin qeydiyyatdan keçirilməsi üçün sizə xidmət göstərməyə hazırıq.

Yeni yaradılacaq hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, mövcud hüquqi məlumatlara dəyişikliklərin edilməsi, eyni zamanda hüquqi şəxslərin ləğvi üzrə bütün hüquqi prosedurların həyata keçirilməsi və s uzun zamandan bəri təqdim etdiyimiz xidmətlərimizdən biridir.

  • Hüquqi şəxslərin qeydiyyatı
  • Hüquqi şəxsin adının dəyişdirilməsi
  • Hüquqi şəxsin ləğvi
  • Hüquqi şəxsin təsisçisinin dəyişdirilməsi
  • Hüquqi şəxsin direktorunun dəyişdirilməsi

Patent Xidməti

Əqli mülkiyyət hüququ ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları, müəlliflik hüququ olan əsərlər, ifalar, fonoqramlar, yayım təşkilatlarının verilişləri, inteqral sxem topologiyaları, məlumat topluları, folklor nümunələri üzərindəki hüquqlardır. Azərbaycanda kifayət qədər yaradıcı insan olsa da, təəssüf ki, onlar əksər hallarda yaratdıqları əqli mülkiyyəti özününküləşdirmək üçün hüquqi zəruri olan addımları artmırlar. Bu sahədə də peşəkar hüquq şirkəti olaraq siz bizim professional hüquqşünaslarımızın xidmətindən yararlana bilərsiniz. Hüquqşünaslarımız sizə əqli mülkiyyət hüquqlarının müdafiəsində, sertifikatlaşdırma və patent üzrə yazışmaların aparılmasında, ticarət markalarının hüquqi müdafiəsində, reputasiya və işgüzar nüfuzun müdafiəsində, müəllifliklə əlaqəli hüquqlarla bağlı patentin qeydiyyata alınması və hüquqi müdafiə tədbirlərində, əmtəə nişanına, faydalı modelə, ixtiraya, sənaye nümunəsinə patent alınması ilə bağlı hüquqi dəstək göstərə bilərlər.

Kömək lazımdır?

İstənilən vaxt müştərimizə kömək etmək üçün buradayıq. Suallarınızı cavablandırmaq üçün 24/7 zəng edə bilərsiniz.

+994 50 402 49 47