Əmək Haqqının hesablanması təlimi
Əmək haqqının hesablanması təlimi, insan resursları və mühasibatlıq sahəsində çalışan və ya çalışmaq istəyən şəxslərin əmək haqqının hesablanması barədə biliklərə yiyələnməsinə səbəb olacaqdır. Bu biliklər vasitəsilə iştirakçılarda əmək haqqı üzrə həm praktiki, həm də qanunvericiliyə əsaslanan peşəkar yanaşma formalaşdıracaqdır.
Əmək haqqının hesablanması Təlimində iştirakçılar aşağıdakıları öyrənəcəklər:
✅ Əmək haqqı anlayışı və növləri;
✅ Əmək haqqının hesablanma qaydası;
✅ Əmək haqqına əlavələr və mükafatlar;
✅ Əmək məzuniyyətinin hesablanması;
✅ Orta əmək haqqının hesablanması;
✅ Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin hesablanması;
✅ Son haqq-hesabın hesablanması;
✅ Əmək haqqından tutulmalar və azadolmalar;
✅ DSMF və Vergi bəyannamələri üçün əsas əmək haqqında diqqət ediləcək məqamlar;
✅ Əmək haqqı cədvəlləri və daxili sənədlərin hazırlanması;
✅ Ezamiyyətin hesablanması;
✅ Müvəqqəti əvəzetməyə və boşdayanmaya görə haqqın hesablanması;
✅ Əvəzçilik üzrə əmək haqqının hesablanması;
✅ İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının hesablanması;
✅ İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının hesablanması;
✅ Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın hesablanması;
✅ İş vaxtının cəmlənmiş uçotunun tətbiqi zamanı əmək haqqı hesablanması qaydası;
Təlimin dili: Azərbaycan dili;
Təlimin müddəti: 20 saat (Həftədə 2 dəfə 2 saat olmaqla 5 həftə)
Təlim fərdi və qrup halında keçirilir.
Təlimin qiyməti:
Fərdi qaydada: 350 AZN
Qrup halında: 200 AZN
✔ Ödənişə daxildir:
– Təlim materialları (Elektron formada)
– Sertifikat (İmtahan nəticəsinə uyğun)