
Əmək Qanunvericiliyi və Kadr Kargüzarlığı təlimi
Əmək qanunvericiliyi və kadr kargüzarlığı təliminə qoşulmaqla əmək məcəlləsi, kargüzarlıq, müqavilələrin elektron informasiya sistemlərində qeydiyyatı qaydalarını örənəcək, çalışdığınız qurumu cərimələrdən, özünüzü isə ixstisardan qoruyacaqsınız. Əmək qanunvericiliyini daha dərindən öyrənmək və karyeranızda daha öndə olmaq üçün bizim təlimlərimizə qoşula bilərsiniz.
Təlimin məqsədi əmək qanunvericiliyi çərçivəsində insan resursları əməliyyatlarının aparılması, işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsinə dair iştirakçılara yardımçı olmaqdır. Təlim gedişatı ərzində iştirakçılara əmək qanunvericiliyinin əhatə ertdiyi əmək münasibətləri; əmək müqaviləsi: şərtlər, ilkin sənədlər,sınaq müddəti və əvəzçilik qaydaları haqqında biliklər; kadr kargüzarlığı və vətəndaşların müraciətlərinə dair tələblər haqqında; elektron informasiya sistemində rəsmiləşdirmə işləri barədə məlumatlar; karantin rejimində əmək münasibətlərinin tənzimlənməsi barədə məlumatlar; hərbi vəziyyətlə və ya müharibəyə cəlb olunan işçilərin əmək haqlarının tənzimlənməsi qaydaları; əmək müqaviləsinə xitam verilməsinin əsas və qaydaları, işdən çıxma müavinətləri, xəbərdarlıq müddəti; normativ hüquqi sənədlər , onlara əsaslanmış fəaliyyətlər və s. haqqında ətraflı məlumatlar veriləcək.
Əmək qanunvericiliyi və kadr kargüzarlığı üzrə təlimin proqramı aşağıdakıdır:
Əmək qanunvericiliyi üzrə:
– Əmək Məcəlləsinin əsas müddəaları;
– Əmək müqaviləsi, əmək müqaviləsinin bağlanması qaydaları;
– Əmək müqaviləsinin müddəti;
– Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi;
– Sınaq müddətinin müəyyən olunması;
– Əmək şəraitinin şərtləri, əmək şəratinin əlavə şərtləri, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
– Başqa işə keçirmə, başqa işçinin əmək funksiyalarının icrası;
– İşçilərin və iş yerlərinin attestasiyası;
– Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları, xitam verilərkən işçilərin təminatları;
– İş vaxtının növləri və tənzimlənməsi qaydası;
– İş vaxtının rejimi;
– İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları;
– Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları;
– Əmək haqqı;
– Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar;
– Orta əmək haqqı və onun hesablanması qaydası;
– Əmək və icra intizamı;
– Müəssisədaxili intizam qaydaları;
– Əmək və icra intizamının pozulmasına görə və onun tətbiqi qaydaları
– İntizam tənbehinin verilməsi qaydaları, şərtləri, intizam tənhebinin müddəti və vaxtından əvvəl götürülməsi;
– İşəgötürənin və işçilərin qarşılıqlı maddi məsuliyyəti;
– İşçinin tam maddi məsuliyyəti,
– Tam maddi məsuliyyət müqaviləsinin bağlanması;
Kadr kargüzarlığı üzrə:
– Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsinin sənədləşdirilməsi qaydaları;
– Bütün növ məzuniyyət əmrlərinin tərtib edilməsi qaydaları;
– Bildirişlərin, aktların, sərəncam və qərarların tərtib edilməsi qaydaları;
– Bütün növ xitam əmrlərinin tərtib edilməsi qaydaları;
– Xidməti məlumatların hazırlanması qaydaları;
– Ezamiyyə sənədlərinin hazırlanması;
– Daxili nizam intizam qaydalarının hazırlanması;
– Vəzifə təlimatlarının hazırlanması;